Hindistanın paytaxtında karantin yumşaldılır: Toylara icazə verildi

   Hindistanın paytaxtında karantin yumşaldılır:   Toylara icazə verildi
  27 İyun 2021    Oxunub:1433
Hindistanın paytaxtı Dehlidə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin məhdudiyyətləri azaldılır.
Azvision.az xəbər verir ki, bu barədə "The Print" nəşri məlumat yayıb. Dehli rəhbərliyi şənbə günündən insanlara banketlərə, idman salonları və yoqa mərkəzlərinə getməyə icazə verib. Ziyafət otaqlarında, şadlıq saraylarında və otellərdə 50 nəfərdən çox olmayaraq toyların keçirilməsi artıq mümkün olacaq. Nikah mərasimləri isə məhkəmələrdə və ya şəxsi evlərində sərt karantin məhdudiyyətləri daxilində ən çox 20 nəfərin iştirakı ilə keçirilə biləcək.

Qeyd edilir ki, karantin məhdudiyyətlərinin yumşaldılması bazar ertəsi qüvvəyə minəcək.

Tural Tağıyev

Azvision.az



Teqlər: Karantin   Dehli   Koronavirus  



Xəbər lenti