ABŞ səfirliyinin əməkdaşı qarət olunub

ABŞ səfirliyinin əməkdaşı qarət olunub
  27 İyun 2021    Oxunub:697
ABŞ səfirliyinin işçisi Kiyevdə qarət olunub.
Azvision.az xəbər verir ki, bu barədə "Vesti.ua" saytı məlumat yayıb. Qeyd edilir ki, ABŞ vətəndaşını restoranda soyublar.

"Amerika Birləşmiş Ştatları vətəndaşı, Ukraynadakı səfirliyin əməkdaşı olan Eyrin Zaxer paytaxtın Şevçenko bölgəsindəki polisə müraciət edib. Bildirib ki, kimliyi bəlli olmayan şəxslər onun çantasından içində pul olan bir cüzdanı götürüblər. Bundan başqa, 900 dollar dəyərində mobil telefon və şəxsi sənədlər-sürücülük vəsiqəsi ilə diplomatik sənədlər də soyğunçuların əlinə keçib", - deyə məqalədə yazılır.

Tural Tağıyev

Azvision.az



Teqlər: Qarət   ABŞ   Səfirlik  





Xəbər lenti