İrəvanda itən hərbçilərin valideynləri etiraz edir
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Aksiya iştirakçıları ölkə rəhbərliyinin "əsir"lərin geri qaytarılması, eləcə də, döyüş meydanlarında qalmış hərbçi cəsədlərinin tapılması üçün kifayət qədər səy göstərmədiyini söyləyiblər.
"Uşaqlarımızın cəsədlərinin yerə səpələnmiş halda qaldığı bir çox videoya rast gəldik. Bu cəsədlərin hara yoxa çıxdığını və neçə nəfər oğlanımızın "əsirlikdə" qaldığını, səlahiyyətlilərin onları geri qaytarmaq üçün nələr etdiyini bilmək istəyirik", - deyə itkin hərbçilərdən birinin dayısı Yeqişe Zakunç bildirib.
Digər hərbçinin qohumu Edik Arevşatyanın sözlərinə görə, o itkin düşənlərin valideynləri ilə birgə bütün məsul strukturlara - Müdafiə Nazirliyi, İstintaq Komitəsi, Milli Təhlükəsizlik Xidməti, Ombudsman Aparatı, BQXK-nə getsə də, suallarına cavab ala bilməyiblər.
Arevşatyan onu da bildirib ki, valideynlər əllərində oğullarının əsirlikdə olması barədə dəlillərin olmasını iddia etsələr də, məsul şəxslərin çoxu bu məlumatları etibarlı hesab etməyib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


