Almaniyada növbəti bıçaqlı hücum: 2 nəfər yaralanıb

Almaniyada növbəti bıçaqlı hücum:   2 nəfər yaralanıb
  28 İyun 2021    Oxunub:671
Almaniyada növbəti dəfə bıçaqlı şəxsin vətəndaşlara hücum etməsi ilə bağlı insident yaşanıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bu gün səhər saatlarında Erfurt şəhərində əlində bıçaq olan bir nəfər yoldan keçənlərə xəsarət yetirib. İki nəfərin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, cinayətkar qaçmağı bacarıb. Yaralananların 45 və 68 yaşı olub və onlar xəstəxanaya yerləşdiriliblər. Şahidlər, təcavüzkarın almanca danışdığını, 20-30 yaşlarında biri olduğunu bildiriblər.

Xatırladaq ki, iyunun 25-də Somali vətəndaşı olan bir nəfər Vürzburq şəhərində yoldan keçən üç nəfəri öldürmüş, 5-ni isə ağır yaralamışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Biçaq   Almaniya   Hücum  





Xəbər lenti