İsrail virus təhlükəsi olan ölkələrə gedənləri cərimələyəcək

İsrail virus təhlükəsi olan ölkələrə gedənləri cərimələyəcək
  28 İyun 2021    Oxunub:1253
İsrail hökuməti bəzi ölkələrə səfər edəcək vətəndaşlara cərimələrin tətbiq edilməsi ilə bağlı təklifi təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, təklifi Səhiyyə Nazirliyi irəli sürüb və siyahıda Rusiya, Argentina, Braziliya, Cənubi Afrika, Hindistan, Meksika da daxil olmaqla ən yüksək infeksiya təhlükəsi olan bir neçə ölkə yer alıb.

Səyahət qadağan olunmuş ölkələrə getmək cinayət və inzibati xəta hesab ediləcək və təxminən 1535 dollar cərimə ödəniləcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: İsrail   Virus   Cərimə  



Xəbər lenti