Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
  29 İyun 2021    Oxunub:1717
Türkiyənin Elazığ əyalətinin Maden rayonunda səhər saatlarında 4,3 bal gücündə zəlzələ baş verib.
Azvision.az bu barədə “TRTHaber”ə istinadən xəbər verir.

Türkiyənin Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı bildirib ki, zəlzələnin ocağı 7,15 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Diyarbəkirdə də hiss edilib. Dağıntı və tələfat qeydə alınmayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Zəlzələ  



Xəbər lenti