İngilislər Ukrayna əsgərinin yeməyinə lağ etdilər

İngilislər Ukrayna əsgərinin yeməyinə lağ etdilər
  29 İyun 2021    Oxunub:1456
Britaniya əsgərləri “Sea Breeze-2021” hərbi təlimlərində Ukraynadakı yeməkləri lağa qoyublar.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Britaniya hərbçilərinə görə, Ukrayna ordusunun çox zəif menyusu var. Ukrayna tərəfi səhər yeməyinə az miqdarda qarabaşaq yarması, bir sosiska, pomidor dilimi və xiyar hazırlayıb. Menyunin fotosunu hərbi qulluqçulardan biri "İnstaqram" səhifəsində yerləşdirərək, yazıb: “Sea Breeze”ə xoş gəlmisiniz, budur - NATO-dan olan qonqların standart səhər yeməyi. Son üç yeməkdə eyni içkini içib, ardından doğranmış xiyar, iki dilim pomidor ilə bəzədilmiş bir az sadə qarabaşaq yarması və kolbasa".

Şərh yazanlar əsgərlərə bir az sous göndərilməsini təklif edilbər. Bəziləri isə GMO-nun olmadığı üçün yeməyin faydalarını qeyd ediblər.

Xatırladaq ki, Qara dənizdə son 25 ilin ən genişmiqyaslı “Sea Breeze-2021” təlimləri başlayıb. Təlimlər NATO ölkələri də daxil olmaqla, 30-dan çox dövlətin iştirakı ilə Ukrayna ərazisində keçirilir.

Azvision.az



Teqlər: NATO   Təlim   Ukrayna  



Xəbər lenti