İndoneziyada gəmi batıb, ölənlər var

İndoneziyada gəmi batıb, ölənlər var
  29 İyun 2021    Oxunub:952
İndoneziya sahilləri yaxınlığında “KTP YUNİCEE” gəmisi batıb.
Azvision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Bali boğazında baş verib.

Gəmidə 15 heyət üzvü və 41 sərnişin olub.

Xilasedicilər 20-dən çox şəxsi sahilə çıxarıb. İlkin məlumata görə, 6 turist ölüb, onların kimliyi hələ müəyyən edilməyib.

Azvision.az



Teqlər: İndoneziya   Gəmi  



Xəbər lenti