İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri istefa verəcək

İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri istefa verəcək
  01 İyul 2021    Oxunub:721
İsrailin Nazirlər Kabinetinin milli təhlükəsizlik üzrə müşaviri və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat yayın sonunda istefaya gedəcəyini bəyan edib.
Azvision.az xəbər verir ki, o, Baş nazir Naftali Bennetti bu barədə məlumatlandırıb.

Meir Ben-Şabbat dörd il bu vəzifədə çalışıb. O, 2021-ci il avqust ayının sonuna kimi öz postunda qalacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   İstefa  



Xəbər lenti