Ermənistanda məmuru bıçaqladılar
"Bel nahiyəsindən bıçaq xəsarəti alan vətəndaşı Birinci Universitet Xəstəxanasına çatdırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları yaralının 31 yaşlı İrəvan sakini Narek Şahinyan olduğunu müəyyən ediblər", - deyə saytlar yazıb.
Məqalədə bildirilir ki, Narek Şahinyan Ermənistan İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsində işləyir. Atası isə Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri Vahram Şahinyandır.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Bıçaq