"Ermənistanda faşist münasibətilə üzləşmişik" - Yezidi kürdlər bəyanat yaydı

"Ermənistanda faşist münasibətilə üzləşmişik" -  Yezidi kürdlər bəyanat yaydı
  01 İyul 2021    Oxunub:1465
Yezidi kürdlərinin Milli Birlik Təşkilatı “Sincar” bəyanatla çıxış edib. “Ermənistanın bütün poblemlərini ermənilərlə birlikdə öz çiyinlərində daşıyan yezidilər bu ölkədə faşistlərin yəhudilərə və qaraçılara münasibətindən daha pis münasibətlə qarşı-qarşıyadırlar",- deyə, bəyanatda bildirilir.
- 2018-ci ildə hakimiyyətə gəlmiş Paşinyan və ətrafı artıq üçüncü ildir ki, qeyri-erməniləri diskriminasiya etməklə məşuğuldur. Təəssüflə bildiririk ki, bu faşist münasibətdən ən çox ziyan çəkənlər yezidi küdləridir. Sayları onsuz da az olan yezidilər son bir neçə ildə ölkəni tərk edərək başqa dövlətlərə üz tuturlar. Belə davam etsə, bir neçə ildən sonra Ermənistanda ümumiyyətlə yezidi kürdü qalmayacaq",- deyə etnik azlığın nümayəndələri bildiriblər.

"Sincar" təşkilatının bəyanatında vurğulanır ki, qədim kürd yaşayış məntəqələrinin adları erməniləşdirilir və bu kəndlər getdikcə boşalmaqdadır.

Xatırladaq ki, 1988-ci ildən başlayaraq, erməni millətçiləri bu respublika ərazisində yaşayan yerli xalqları, başda azərbaycanlılar olmaqla müsəlman kürdləri, malakanları, yəhudiləri, aysorları və digərlərini diskriminasiyaya məruz qoyaraq, oradan qovublar. Hazırda beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı ən monoetnik tərkibli ölkə sayırlar.

Şahin Ömər
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti