Türkiyədə 50 milyon dozadan çox peyvənd istifadə edilib

Türkiyədə 50 milyon dozadan çox peyvənd istifadə edilib
  01 İyul 2021    Oxunub:1361
İyulun 1-dək Türkiyədə koronavirusa əleyhinə 50 milyondan artıq doza vaksin istifadə edilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb.

"Vaksinlər pandemiyaya qarşı mübarizədə ən effektiv silahdır. İyulun 1-dək ölkəmizdə artıq 50 milyon dozadan çox koronavirus vaksini istifadə edilib".

Ərdoğanın sözlərinə görə, yerli TURKOVAC peyvəndi sayəsində koronavirusa qarşı mübarizə daha geniş və effektiv olacaq.

Azvision.az




Teqlər: Peyvənd  



Xəbər lenti