Alen Delonun Putin və Baydendən xoşu gəlir
"Vladimir Putinlə görüşmək mənə qismət olub. O, çox qabiliyyətli bir insandır. Belə bir nəhəng ölkəni uzun illər idarə etmək asan məsələ deyil, amma o bunu bacarır", - Delon deyib. "Onun buna necə nail olduğunu deyə bilmərəm, ancaq başa düşürəm ki, çox mürəkkəb məsələdir", - məşhur aktyor əlavə edib.
Alen Delon onu da söyləyib ki, bu sözlərinin bədxahlarının tənqidinə tuş gələcəyindən qorxmur.
Delon ABŞ prezidenti Co Baydenə də münasibət bildirərkən qeyd edib ki, "Amerikada yaşasaydı, seçkilərdə məhz ona səs verərdi". "Mən onu sələfi Tramp ilə müqayisə etməzdim, bəzi amerikalılar məndən inciməsinlər, ancaq bu mümkün deyil. Mənim Baydendən, onun keçmişindən, bu gün gördüyü işlərdən xoşum gəlir".
Alen Delon yaşlı nəslin ən çox sevdiyi məşhur aktyorlardandır. O, 90-dan artıq filmə çəkilib və bütün dünyada şöhrət qazanıb. 2019-cu ildə 72-ci Kann kinofestivalında kinomatoqrafiyadakı parlaq karyerasına görə "Qızıl palma budağı" mükafatına layiq görülüb.
Nadir Quliyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


