Məşhur prezidentin qızı koronavirusdan öldü
Böyük İndoneziya Hərəkat Partiyasının (Qerindra) liderlərindən olan Raçmavati Sukarnoputri bir həftə əvvəl COVID-19 əlamətləri ilə xəstəxanaya yerləşdirilmişdi.
"İndoneziya bu gün ən yaxşı övladlarından birini, ilk prezidentimiz Sukarnonun qızı xanım Raçmavati Sukarnoputrini itirdi. Sizin yorulmaz mübarizənizi heç vaxt unutmayacağıq",- Qerindra partiyasının digər liderlərindən olan İndoneziya Turizm naziri Sandiaqa Uno sosial mediada yazıb.
Qeyd edək ki, İndoneziyanın ilk prezidenti Sukarno 1945-1967-ci illərdə bu vəzifəni icra edib. İndoneziya milli partiyasının yaradıcılarından və İndoneziya millətçiliyinin banilərindən biri sayılır. O daha çox “Yoldaş Karno” ləqəbi ilə tanınıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Koronavirus Prezident