BƏƏ vaksinasiyada liderdir- "Bloomberg"

   BƏƏ vaksinasiyada liderdir-   "Bloomberg"
  05 İyul 2021    Oxunub:1391
Əhalisinin böyük qismi vaksinasiyadan keçmiş ölkələr bəlli olub.
Azvision.az "Bloomberg"ə istinadən xəbər verir ki, vətəndaşlarının 72 faizindən çoxu peyvənd olunmuş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hazırda dünyada birinci yerdədir. İkinci yeri Seyşel adaları tutur - 71 faizdən çox.

Qeyd edək ki, BƏƏ-də koronavirus əleyhinə 15,5 milyon vaksindən istifadə olunub. Nəticədə ölkə əhalisinin 72,3 faizi peyvənd edilib. Seyşel adalarında isə insanlara 137,6 min peyvənd vurulub. İlk beşliyə Bəhreyn (əhalinin 69,7%, 2,07 milyon peyvənd), Malta (əhalinin 69,1%, 682,7 min peyvənd) və Kayman Adaları (əhalinin 68,9%, 89,6 min peyvənd) daxil edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: BƏƏ   Vaksin  



Xəbər lenti