Putin və Mirziyoyev Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Putin və Mirziyoyev Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
  05 İyul 2021    Oxunub:1551
Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Əfqanıstandakı durumu müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, iki lider telefon danışığında Əfqanıstandakı vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, artıq iki aydır Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" bir sıra qəsəbə və şəhərlərə nəzarəti ələ keçirib. Son günlərdə isə silahlılar daha surətlə iri şəhərlərə doğru irəliləməyə başlayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Putin  



Xəbər lenti