Fransa XİN mina xəritələrinin verilməsini alqışlayıb
"Fransa, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Bakının 15 ermənini azad etməsi, eləcə də Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan bölgələrində minalanmış ərazilərin xəritələrini qarşı tərəfə verməsini alqışlayır. Bu cür tədbirlər bölgədəki gərginliyin azaldılması və tərəflər arasında etimadın bərpasına töhfə vermək üçün yeni vacib addımdır. Fransa tərəfləri 9 noyabr (10 noyabr - red.) 2020-ci il tarixində qəbul edilmiş öhdəlikləri yerinə yetirməyə, bu müsbət dinamikanı davam etdirməyə çağırır", - bəyanatda vurğulanıb.
O da qeyd edilib ki, Paris Cənubi Qafqazda davamlı sülh yaratmağa hazır olduğunu təsdiqləyir.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


