Özbəkistan tam latın əlifbasına keçir

Özbəkistan tam latın əlifbasına keçir
  07 İyul 2021    Oxunub:1077
Özbəkistanın Baş naziri Abdulla Aripov ölkə müstəqilliyinin 30 illiyinə hazırlıqla bağlı bu il avqustun 1-dən tam olaraq latın əlifbasına keçməklə bağlı göstəriş verib.
Azvision.az xəbər verir ki, dövlət orqanları iyul ayının sonunadək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin etməlidirlər.

Xatırladaq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi.

Azvision.az



Teqlər: Özbəkistan  



Xəbər lenti