Rusiyada koronavirusdan ölənlərin sayı 140 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 140 mini ötüb
  07 İyul 2021    Oxunub:865
Rusiyada son sutka ərzində koronavirusa 23 962 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 682 634 nəfərə çatıb.

Rusiyada son bir gündə 725 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 140 041 nəfərdir. İndiyədək 5 121 919 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  



Xəbər lenti