Ermənistan-Azərbaycan sərhədlərini ruslar qoruyacaq?

 Ermənistan-Azərbaycan sərhədlərini ruslar qoruyacaq?
  07 İyul 2021    Oxunub:1061
Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi imkanları ilə bağlı müzakirələr aparılır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Bildiyiniz kimi, rus sərhədçiləri artıq Sünikdədir (Zəngəzur – red.). Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində vəziyyətin sakit və sabit olmasına kömək edən Rusiya sərhədçilərinin postları yerləşdirilib", - səfir əlavə edib.

Onların Qeqarkunik də daxil olmaqla sərhəd boyunca yerləşdirilməsinə gəlincə, Kopırkin deyib ki, orda mövcudluğun necə genişləndirilməsi məsələsi müzakirə olunur.

"Bu məsələlər, o cümlədən praktik baxımdan əsaslı müzakirələr və məsləhətləşmələr aparılır. Düşünürəm ki, qərarlar Ermənistanın təhlükəsizliyinin, sərhəddə sabitliyin təmin edilməsi və üçtərəfli formatda əldə olunmuş razılaşmaların həyata keçirilməsi əsasında veriləcəkdir", - diplomat vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   Sərhəd  



Xəbər lenti