Putin və Paşinyan hər hansı sənəd imzalamayacaq - Peskov

Putin və Paşinyan hər hansı sənəd imzalamayacaq -    Peskov
  07 İyul 2021    Oxunub:963
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında aparılacaq danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılmır.
Azvision.az bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Nikol Paşinyan Qarabağdakı vəziyyəti, onsuz da bölgədə olan rus hərbçiləri ilə bağlı məsələləri, ikitərəfli münasibətləri müzakirə edəcəklər.

"Əlbəttə ki, Qarabağ, rus hərbçiləri və ümumilikdə ikitərəfli münasibətlər müzakirə ediləcək, lakin hər hansı bir sənədin imzalanması planlaşdırılmır", - mətbuat katibi əlavə edib.

Peskov, Paşinyanın Rusiyaya səfərini vacib adlandıraraq, Vladimir Putinlə görüşünün günün ikinci yarısında olacağını qeyd edib.

"Günün ikinci yarısında Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanla görüş planlaşdırılır. Əvvəlcə onlar müzakirələr aparacaq, sonra danışıqlar işçi nahar formatında davam edəcək", - Peskov bildirib.

O deyib ki, Ermənistandakı seçkilərdə qələbədən sonra bu, Nikol Paşinyanın ilk xarici səfəridir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ermənistan   Səfər  





Xəbər lenti