Ermənistanda karantin rejimi uzadıldı

Ermənistanda karantin rejimi uzadıldı
  09 İyul 2021    Oxunub:1019
Ermənistan hökuməti hazırda koronavirusa görə ölkədə tətbiq olunan karantin müddətinin 11 iyulda bitdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidməti, hökumətin karantinin daha beş ay uzadılmasına qərar verdiyini açıqlayıb.

Qərarda bildirilir ki, Ermənistanda və bütün sərhəd-keçid məntəqələrində tətbiq olunan karantin qaydaları 2021-ci ilin dekabrın 20-dək uzadılacaq.

Yerli mətbuat hesab edir ki, karantinin uzadılması normal hal olsa da, ölkədə pandemiyaya qarşı mübarizə lazımi səviyyədə deyil.

Tural Tağıyev
Azvision.az



Teqlər: Karantin   Ermənistan  





Xəbər lenti