Haiti Prezidentinin qətli ilə bağlı 19 nəfər saxlanıldı
Qeyd olunur ki, polis hazırda gizlənən daha altı nəfərin axtarışını davam etdirir.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizi iyulun 7-də yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib. Həyat yoldaşı Martin Moizin vəziyyəti ağırdır. Ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Klod Jozefin sözlərinə görə, hücumu icra edənlərdən bəziləri ingilis və ispan dillərində danışırmış.
Şahanə Rəhimli
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


