Azərbaycan XİN Tacikistana başsağlığı verib
“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda bildirilir.
Qeyd edək ki, bu gün səhər Tacikistanda zəlzələ olub. Zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub. Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: XİN Tacikistan







Vaxtında, Aydın, Lazımlı!


