Haiti Prezidentinin xanımı qatillərdən danışdı

Haiti Prezidentinin xanımı qatillərdən danışdı
  10 İyul 2021    Oxunub:1002
İyulun 7-də silahlı hücum zamanı evində qətlə yetirilmiş Haitinin dövlət başçısı Jovenel Moizenın xanımı Martin ilk açıqlamasını verib.
Azvision.az xəbər verir ki, o, ərinin muzdlular tərəfindən öldürüldüyünü təsdiqləyib.

"Muzdlular Prezidenti öldürdülər, digər muzdlular onun arzusunu və ölkəyə olan baxışını məhv etmək istəyirlər" - xanım Moiz "Twitter"də yerləşdirilən səs yazısında bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı Haitidə bir sıra layihələr həyata keçirməyə, xüsusən də referendum və seçkilər təşkil etməyə çalışdığına görə öldürülüb.

Qeyd edək ki, Haiti Prezidenti 7 iyulda evinə silahlı hücum zamanı qətlə yetirilib. Ağır yaralanmış xanımı isə Mayamiyə aparılıb. Haiti hakimiyyəti Prezidentin qətlində şübhəli bilinən şəxslərin həbs olunduğunu elan edib. Məlumata görə, Moizi öldürən muzdlu dəstənin üzvləri 26 nəfərdən ibarətdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   Prezident   Qətl  





Xəbər lenti