Yunanıstanın Rusiya və Çinin peyvəndlərini tanımasına təəssüflənirik - Fransa XİN

Yunanıstanın Rusiya və Çinin peyvəndlərini tanımasına təəssüflənirik -    Fransa XİN
  11 İyul 2021    Oxunub:1739
Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri qəbul edən sərnişinləri öz ərazilərinə buraxdığına görə təəssüfləndiyini bildirib.
Azvision.az bu barədə "TASS"a istinadən xəbər verir.

O deyib ki, Yunanıstanı qınamırıq, ancaq Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tuturuq.

"Yunanıstanın digər peyvəndləri vurduran insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil, Avropa ölkələri üçün ümumi mövqe var. Fransa da daxil olmaqla əksər Avropa ölkələri yalnız dörd peyvəndi tanıyırlar. Fərqli bir mövqedə olan yalnız üç ölkə var", - Bon vurğulayıb.

Azvision.az




Teqlər: Fransa   Peyvənd  



Xəbər lenti