Ərdoğan İsrail Prezidentini təbrik edib

   Ərdoğan İsrail Prezidentini təbrik edib
  13 İyul 2021    Oxunub:1568
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni Prezidenti İshak Hersoqla telefonla danışıb.
Azvision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkə başçıları Türkiyə-İsrail münasibətlərini və regional məsələləri müzakirə ediblər. Ərdoğan telefon danışığı zamanı israilli həmkarını vəzifəsinə başlaması münasibəti ilə təbrik edib.

O, Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu bildirib.

Türkiyə lideri Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların Türkiyə-İsrail münasibətlərinin müsbət gedişinə də töhfə verəcəyini qeyd edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər:



Xəbər lenti