Qeyd edək ki, “SONGAR” bu ilin əvvəlində ictimaiyyətə təqdim edilib. Türk hərbi dronunu uçan snayper də hesab edirlər. “Asisguard” elektronika firması tərəfindən istehsal edilən “SONGAR”lar ilk günlərdən Türkiyə xüsusi təyinatlılarının silahlanmasına daxil edilib.
Yeni təkmilləşmədən sonra “SONGAR”ın sursatları imkan verəcək ki, o daha iri hədəfləri, o cümlədən yüngül zirehli transportyorları hədəf alsın. Türk dronları hədəfə daha uzaqdan zərbə endirə bilir. Bu da onun aşkarlanması, səsinin eşidilməsi, müşahidəsi və vurulmasını da çətinləşdirir.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


