O, Ermənistanın yeni xarici işlər naziri ola bilər

O, Ermənistanın  yeni xarici işlər naziri  ola bilər
  13 İyul 2021    Oxunub:1883
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan xarici işlər naziri təyin ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Bundan əvvəl parlamentin sədri Ararat Mirzoyan və ya baş nazirin müavini Mher Qriqoryanın xarici işlər naziri vəzifəsinə təyin ediləcəyi barədə məlumatlar yayılmışdı. Ancaq mətbuat onların bu təklifdən imtina etdiklərini yazır.

Xatırladaq ki, sabiq xarici işlər naziri Ara Ayvazyan mayın 27-də baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin deeskalasiyası planını elan etdikdən sonra istefaya gedib. Onun müavinləri - Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan da istefa veriblər. Sonuncunun istefası qəbul olunmayıb, indi o, müvəqqəti olaraq Ayvazyanı əvəz edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Nazir  



Xəbər lenti