Azərbaycanlı deputatlar Çavuşoğlu ilə görüşdülər
Deputatlar səfər çərçivəsində 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.
Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.
Bundan başqa, Azərbaycan parlamentinin nümayəndələri Anıtqəbri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar. Səfər iyulun 16-da başa çatacaq.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


