Rusiya daha iki ölkə ilə uçuşlarını bərpa edir
Müvafiq qərar baş nazirin müavini Tatyana Qolikovanın rəhbərliyi ilə operativ qərargahın iclasında qəbul edilib.
Müzakirələrin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda Moskva - Paris, Moskva - Nitsa reysi üzrə həftədə dörd, Sankt-Peterburq - Paris, Sankt-Peterburq - Nitsa marşurutu üzrə iki reys yerinə yetiriləcək.
Moskva - Praqa marşrutu üzrə həftəfdə 4 reys icra olunacaq.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


