Almaniyada sel nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb

Almaniyada sel nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb
  17 İyul 2021    Oxunub:1228
Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb. Ölkənin qərbində - Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal torpaqlarında həyatını itirənlərin sayı 133 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Şimali Reyn-Vestfaliyada 43, Reynland-Pfalzda 90 nəfərin daşqınların qurbanı olduğu bildirilir.

Xatırladaq ki, bazar ertəsi günü Almaniyanın qərbində və cənub-qərbində davam edən leysan yağışlar güclü daşqına səbəb oldu. Nəticədə çoxsayda yaşayış evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, gələcəkdə bu cür fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə ehtiyac var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   Daşqın  



Xəbər lenti