Oxçuçaydakı fəlakət ABŞ mediasında
Diqqətə çatdırılıb ki, Ermənistanın əsas sənaye müəssisələrindən və ən böyük vergiödəyicisindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet Holdinq" şirkətinə məxsusdur. Alman şirkəti keyfiyyət, səmərəlilik, təhlükəsizlik və bütün digər tələblərə riayət etdiyini bildirsə də, Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı çirkləndirməyə davam edir və bununla ekoloji terror törədir.
Erməni ekspertlərinin də Oxçuçaydakı ekoloji cinayəti etiraf etdiklərini və bunu misli görünməmiş fəlakət kimi qiymətləndirdiklərini xatırladan müəllif vurğulayıb ki, sularda yüksək miqdarda ağır metalların olması yalnız çay faunasına deyil, həm də insan sağlamlığına böyük təhlükələr yaradır. Bu çirkli suyun məişətdə və ya kənd təsərrüfatında istifadəsi mədə-bağırsaq traktının pozulmasına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə gətirib çıxarır.
Sonda müəllif ABŞ-ın kütləvi informasiya vasitələrini bu problemi geniş şəkildə işıqlandırmağa, “Greenpeace” beynəlxalq təşkilatını ekoloji cinayətə göz yummamağa və bununla bağlı müvafiq tədbirlər görməyə çağırıb.
Azvision.az