Ermənistanı dərin enerji böhranı gözləyir
Sülh sazişinin imzalanmasını bütün bəhanələrlə ləngidən ermənilər hazırda bütün sahələrdə dərin böhran içərisindədirlər. Enerji böhranı bu çətinliyin əsas səbəblərindən biri sayılır. Qarabağın əsl sahiblərinin qayıdışından sonra Ermənistan bu bölgədən oğurladığı enerjidən və qaçaq maldan məhrum olub.
İqtisadçılar enerji böhranının əsas səbəblərindən biri kimi həm də istifadə müddəti çoxdan bitmiş və qəza vəziyyətində olan Metsamor atom elektrik stansiyasının təmirə bağlanmasını göstərirlər. Bundan başqa, Ermənistanın özündəki SES-lərin böyük əksəriyyəti də ciddi quraqlıq, çaylarda su səviyyəsinin kəskin azalması ilə əlaqədar məhsuldarlıqlarını 60%-dən çox itiriblər.
Şahin Ömər
Azvision.az
Teqlər: Ermənistan enerji-böhranı







Vaxtında, Aydın, Lazımlı!


