Haitidə yeni hökumətin tərkibi təsdiqləndi

Haitidə yeni hökumətin tərkibi təsdiqləndi
  20 İyul 2021    Oxunub:1630
Haitidə yeni hökumətin tərkibi təsdiqlənib. Ölkənin Baş naziri prezident Jovenel Moizin qətlindən bir neçə gün əvvəl təyin olunmuş, lakin vəzifəsinə başlamayan Ariel Anri olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Haitinin rəsmi “Moniteur” nəşri yazıb.

“Washington Post” qəzeti daha əvvəl ölkənin müvəqqəti baş naziri Klod Jozefin Ariel Anrinin lehinə istefaya getmək niyyətini açıqlamışdı.

Anri Baş nazir, həmçinin Əmək və sosial işlər naziri olacaq, Klod Jozef isə xarici işlər və dini işlər nazirliklərinə rəhbərlik edəcək.

Bu gün paytaxtda yeni Baş nazirin və kabinet üzvlərinin andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, Haiti prezidenti iyulun 7-də şəxsi iqamətgahına silahlı hücum zamanı qətlə yetirilib. Ağır yaralanan həyat yoldaşı, ölkənin birinci xanımı Martine Moiz isə ABŞ-da xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyəti yaxşıdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   Hökumət  



Xəbər lenti