Rusiyada virusa yoluxanların sayı 6 milyonu ötdü

   Rusiyada virusa yoluxanların sayı 6 milyonu ötdü
  20 İyul 2021    Oxunub:910
Rusiyada son sutka ərzində koronavirusa 23 770 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 006 536 nəfərə çatıb.

Ötən gün virusa yoluxmuş 784 nəfər vəfat edib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 149 922 nəfərə çatıb. Ümumilikdə 5 382 213 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  



Xəbər lenti