Rusiya XİN rəhbəri müavini həmsədrlərlə Qarabağı müzakirə edib

 Rusiya XİN rəhbəri müavini həmsədrlərlə Qarabağı müzakirə edib
  20 İyul 2021    Oxunub:1874
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk qrupu həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalar nəzərə alınmaqla, Dağlıq Qarabağ nizamlanmasının aktual məsələləri müzakirə olunub", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ  



Xəbər lenti