Ermənistanın müdafiə naziri istefa verib - KİV
Məlumata görə, Arutyunyan artıq nazirlikdə vida görüşü keçirib.
Qeyd edək ki, son zamanlar mətbuatda Arutyunyanın yaxın vaxtlarda istefa verəcəyi barədə məlumatlar yayılıb.
Vaqarşak Arutunyan İkinci Qarabağ Müharibəsində Ermənistanın ağır məğlubiyyətindən sonra, 2020-ci il 20 noyabrda nazir vəzifəsinə təyin olunub. Digər qərarla, David Tonoyan bu postdan uzaqlaşdırılıb. Arutunyan 1999-2000-ci illərdə də bu postu icra etmişdi.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan İstefa







Vaxtında, Aydın, Lazımlı!


