Qarabağda daha 6 erməni hərbçinin cəsədi tapılıb
Məlumata görə, üç hərbçinin cəsədinin qalıqları Füzuli rayonunda aşkar edilib. Daha üç cəsədin qalıqlarını isə Azərbaycan tərəfi rusiyalı sühməramlıların vasitəçiliyi ilə Ermənistana təhvil verib.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 629 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.
Pərvanə Sultanova
Azvision.az