İbrahim Rəisi: "İranın nüvə fəaliyyəti dinc xarakter daşıyır"

   İbrahim Rəisi:    "İranın nüvə fəaliyyəti dinc xarakter daşıyır"
  05 Avqust 2021    Oxunub:989
İranın nüvə fəaliyyəti tamamilə dinc xarakter daşıyır və heç bir ölkə üçün təhdid deyil.
Azvision.az  xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi andiçmə mərasimi zamanı bildirib. O bildirib  ki, İran nüvə silahı istehsal etmək niyyətində deyil.

Rəisi xarici siyasətdə qonşu ölkələrlə yaxın münasibətləri inkişaf etdirəcəyini deyib:
"Mən dostluq və qardaşlıq əlimi bütün bölgə ölkələrinə, xüsusilə qonşu ölkələrə uzadıram"- deyə yeni prezident qeyd edib.

Azvision.az


Teqlər: İran  



Xəbər lenti