Pekin ABŞ-ın Honq-Konq memorandumuna etiraz edir
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden dünən Çin hakimiyyəti tərəfindən təqib oluna biləcək Honkonq sakinlərinin müəyyən kateqoriyalarına ölkədə müvəqqəti sığınacaq hüququ verən fərman imzalayıb. Bayden, həmçinin Honq-Konq sakinlərini ABŞ-da işlə təmin etməyə də göstəriş verib.
Çin Xarici İşlər Nazirliyinin bölgə üzrə nümayəndəliyi bu memoranduma kəskin etirazını bildirib və sənədi qınayıb. Bunu, Honq-Konqun və Çinin daxili işlərinə müdaxilə adlandırıb. Hesab olunur ki, Vaşinqton beynəlxalq hüquq və beynəlxalq münasibətlərin əsas normalarını kobud şəkildə pozur.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


