Qara dənizdə insident: NATO qırıcıları rus təyyarəsinin qarşısını aldı- FOTO

      Qara dənizdə insident:   NATO qırıcıları rus təyyarəsinin qarşısını aldı-   FOTO
  06 Avqust 2021    Oxunub:1804
Rusiya ilə NATO arasında növbəti sərhəd insidenti yaşanıb. Azvision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinin saytında məlumat verilib.
İnsidentə Qara dəniz üzərindəki NATO hava sahəsinə yaxınlaşan Rusiya təyyarəsi səbəb olub. Bildirilir ki, sərhəd pozuntusunun qarşısının alınması üçün dərhal Rumıniyada yerləşən Britaniyanın "Tayfun" qırıcıları döyüş vəziyyətinə gətirilib.

Rusiyada sərhəd gərginliyi: 1 həftədə 50 kəşfiyyat təyyarəsi izlənib
Naməlum təyyarələrin radara düşməsindən sonra Qara dəniz sahilində yerləşən Rumıniyanın "Mixail Koqelniçanu" hava bazasındakı ingilis qırıcıları sərhəd pozuntusuna imkan verməyiblər. Onlar bazada NATO-nun hava məkanının təhlükəsizliyini təmin edirlər.

Məlumatda bildirilir ki, təyyarə Rusiyaya məxsus olub və o Rumıniyanın hava məkanına doğru irəliləyirmiş. İngilis hərbçilərin "Tayfun"ları şübhəli təyyarənin qarşısına çıxarmasından sonra rus pilot qırıcını geri çəkərək NATO hava sahəsini tərk edib.

“Rus təyyarəsi Rumıniyaya məxsus uçuş bölgəsinə daxil olanda ərazidə döyüş hava patrulu xidməti aparmaq məcburiyyətində qaldıq”, - britaniyalı pilot Çarli bildirib.

Qeyd edək ki, ingilis qırıcıları 2014 -cü ildən sonra Krımın Rusiya tərəfindən ilhaqı ilə əlaqədar NATO Hava Polisi (BILOXO) missiyası çərçivəsində Rumıniyada yerləşdirilib.



Xatırladaq ki, son iki ayda Rusiya və NATO ölkələri bir neçə dəfə qarşılıqlı olaraq hava yaxud da su sərhədlərini pozublar.

Tural Tağıyev
Azvision.az



Teqlər:   NATO   Rusiya   Qırıcı  



Xəbər lenti