Şəhər məhv edildi, binaların 60 faizi yerlə yeksan oldu. Partlayışdan dərhal sonra Yaponiyanın açıqladığı rəsmi rəqəmlərə əsasən, ölənlərin sayı 118,661 nəfərə çatmışdı. Qeyd edilir ki, partlayış cəmi 8 dəqiqəyə 80 min can alıb.
Ümumilikdə isə Hiroşimanın o zamankı 350 min əhalisindən 140 minin həlak olduğu bildirilir. Xeyli sayda yapon uzun müddət ağır xəstəliklərdən əziyyət çəkdi.
Yaponiyanın digər bir şəhəri, Naqasakiyə atılmış atom bombasından isə ilin sonunadək 74,000 adam həlak oldu . Hər iki şəhərdə sağ qalmağı bacaran əksər yaponlarda nüvə silahının "iz"ləri hələ də qalır...
Partlayış xəbərini elan edən ABŞ prezidenti Harri Truman qeyd etmişdi ki, atom bombası gücünə görə 2,000 adi bombaya bərabərdir .
Azvision.az bəşər tarixinin ən böyük müharibə cinayətlərindən olan bu dəhşətli faciə ilə bağlı fotoları təqdim edir:

Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


