"Daha 100 azərbaycanlı yanğınsöndürən Türkiyəyə gələcək" - Ərdoğan

   "Daha 100 azərbaycanlı yanğınsöndürən Türkiyəyə gələcək" -    Ərdoğan
  06 Avqust 2021    Oxunub:2105
İyul ayının sonundan etibarən Türkiyənin 44 əyalətində baş verən 208 yanğından 196 yanğın lokallaşdırılıb. Beş vilayətdə - Antalya, Muğla, Isparta, Aydın və Dənizlidə 12 yanğının söndürülməsi davam edir.
Azvision.az xəbər verir ki, bunu İstanbulda cümə namazından sonra jurnalistlərə verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı, dövlətin bütün səylərini yanğınlarla mübarizəyə yönəltdiyini vurğulayıb. Onun sözlərinə görə, yanğınların söndürülməsinə cəmi 56 helikopter cəlb olunub.

Ərdoğan Ukraynanın Türkiyəyə gecə görmə cihazları olan 5 helikopter göndərdiyini qeyd edib. Bu maşınlar gecə -gündüz meşələrin söndürülməsində iştirak edəcək.

Ərdoğan bildirib ki, cümə günü telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə əlavə yanğınsöndürmə qrupları göndərməyə hazır olduğunu qeyd edib.

“Türkiyədə meşə yanğınlarının söndürülməsinə Azərbaycandan gələn altı yüzdən çox peşəkar yanğınsöndürən cəlb edilib. Yaxın gələcəkdə daha yüz azərbaycanlı yanğınsöndürən Türkiyəyə gələcək ",- deyə Prezident vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Yanğın   Türkiyə  



Xəbər lenti