Fransada 150-dən çox şəhərdə aksiyalar keçiriləcək

 Fransada 150-dən çox şəhərdə aksiyalar keçiriləcək
  07 Avqust 2021    Oxunub:1342
Fransanın 150-dən çox şəhəri koronavirusla əlaqədar olaraq hökumətin tətbiq etdiyi yeni məhdudlaşdırıcı tədbirlər əleyhinə aksiyalara qoşulacaq. Azvision.az xəbər verir ki, bu barədə “FranceInfo” məlumat yayıb.
Qeyd olunub ki, bu, yayda sanitariya tədbirlərinin sərtləşdirilməsinə qarşı əhalinin dördüncü kütləvi etirazıdır. Xüsusilə, 31 iyul tarixində ölkədə keçirilən nümayişlərdə 200 mindən çox adam iştirak edib.

Nümayişçilər tibb işçilərinin məcburi peyvənd edilməsini və sanitariya keçidlərindən istifadənin genişləndirilməsini nəzərdə tutan qanun layihəsindən narazıdırlar.

Daha əvvəl, Yunanıstan, Slovakiyada da koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməsinə görə etraz aksiyaları keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Aksiya  



Xəbər lenti