Ukraynada yeni vaksin rekordu: 1 günə 170 min peyvənd vuruldu

Ukraynada yeni vaksin rekordu:   1 günə 170 min peyvənd vuruldu
  07 Avqust 2021    Oxunub:1321
Ukraynada son sutka ərzində 170 min 602 nəfərə koronavirus əleyhinə peyvənd vurulub. Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.
"Peyvəndlənmə ilə bağlı yeni rekord! Avqustun 6-da 170 602 nəfərə COVID-19 əleyhinə peyvənd vuruldu. 101 min 550 nəfər isə birinci dozanı qəbul etdi. 69 052 vətəndaş hər iki dozanı vurdurub", - paylaşımda bildirilir.

Səhiyyə Nazirliyi qeyd edir ki, bu istiqamətdə 911 mobil qrup, 2705 peyvənd məntəqəsi, 316 peyvənd mərkəzi gün boyu çalışıb.

Qeyd edək ki, Ukrayna son vaxtlar surətli şəkildə vaksinasiyanın aparılması ilə bağlı seçilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Ukrayna  



Xəbər lenti