Naməlum şəxs Londonda polisləri bıçaqlayıb

Naməlum şəxs Londonda polisləri bıçaqlayıb
  07 Avqust 2021    Oxunub:1299
Londonda bıçaqlı hücum nəticəsində iki polis əməkdaşı yaralanıb. Hadisə dünən gecə saatlarında baş verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bıçaqlı şəxs iki polis məmuru və onların yanında dayanan 61 yaşlı kişiyə hücum edərək onları yaralayıb. Şübhəli yerindəcə tutulub, istintaqın gedişində daha iki nəfər həbs saxlanılıb. Cinayətin motivi hələ müəyyən edilməyib.

Polislər xəstəxanadan evə buraxılıb, 61 yaşlı kişi isə hələ xəstəxanadadır. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Pərvanə Sultanova
Azvision.az






Teqlər: London   Hücum  



Xəbər lenti