Ərdoğan Liviyanın Baş naziri ilə görüşdü

Ərdoğan Liviyanın Baş naziri ilə görüşdü
  07 Avqust 2021    Oxunub:1138
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.
Azvision.az "Anadolu"ya istinadən xəbər verir ki, liderlər Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.

Tərəflər əvvəlcə təkbətək görüşüblər. Müzakirələr təxminən 1,5 saat davam edib.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Liviya  



Xəbər lenti