Türkiyədə daha bir meşə yanğını

   Türkiyədə daha bir meşə yanğını
  08 Avqust 2021    Oxunub:1518
Muğlanın Dalaman rayonunda hava Limanı ilə üzbəüz meşəlik ərazidə qeyri-müəyyən səbəbdən yanğın baş verib. Alovun söndürülməsi üçün hadisə yerinə xilasedici qruplar göndərilib.
Azvision.az xəbər verir ki, yanğınsöndürənlər havadan və qrudan yanğının söndürülməsi istiqamətində fəaliyyət göstərirlər. Yanğın hava limanının işinə hələlik heç bir təhlükə yaratmır. Vətəndaşlar ərazidə çalışan qruplara dəstək göstərirlər.

Azvision.az



Teqlər: Yanğın  



Xəbər lenti