Əfqanıstanda 1 günə 579 terrorçu öldürülüb

 Əfqanıstanda 1 günə 579 terrorçu öldürülüb
  09 Avqust 2021    Oxunub:1501
Əfqanıstanda gərgin vəziyyət davam edir. Azvision.az ​xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son sutka ərzində Əfqanıstan ordusu Qəndəhar, Herat, Helmand, Paktiya və digər əyalətlərdə 570 -dən çox "Taliban" silahlısını məhv edib.
"Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin Nanqarxar, Xost, Loqar, Paktiya, Qəndəhar, Herat, Cövzcan, Samanqan, Helmand, Taxar, Qunduz əyalətlərində keçirdiyi əməliyyatlar nəticəsində 24 saata 579 terrorçu məhv edilib, 161 nəfəri isə yaralanıb", - Nazirlik "Tvitter" hesabında məlumat yayıb.

Xatırladaq ki, şənbə günü ABŞ-ın "B-52 Stratofortress" bombardmançı təyyarələri Cövzcanda terrorçuların mövqelərinə hava zərbələri endirmişdi. Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Fəvad Amanın sözlərinə görə, hücum zamanı 200 -dən çox yaraqlı öldürülüb, 100 -dən çox maşın, xeyli sayda silah-sursat məhv edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti